Ölkə 22:25 27.02.2022

Göyçayda qaçırılan qız tapıldı

Göyçayda qaçırılan qız tapılıb.

Bu barədə Qaynarinfo-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, DİN hadisədən məlumatlıdır: "Məsələ Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb və qız ailəsinə təhvil verilib".

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.