Xəbər lenti

Hacı İbrahimin dövlətə borcu 69 min manat artıb - 800 minə yaxınlaşır
Ekonomiks 15:10 31.03.2026

Hacı İbrahimin dövlətə borcu 69 min manat artıb - 800 minə yaxınlaşır

Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov qardaşı, iş adamı İbrahim İbrahimova məxsus "Avesta Konserni" şirkətinin vergi borcu bir qədər də artıb. 

Qaynarinfo-nun məlumatına görə, şirkətin hazırda 773 944,74 manat təşkil edir. Bir müddət əvvəl bu məbləğ 703 985,46 manat idi. Beləliklə, aydın olur ki, "Avesta Konserni"nin vergi borcu 69 959,28 manat artıb. 

İbrahim İbrahimov Hacı İbrahim Nehrəmli kimi tanınır. "Xəzər adaları" layihəsinin müəllifi olan Hacı İbrahim 2015-ci ildə Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə bağlı kredit qalmaqalından sonra əvvəlki biznes imkanlarını itirməyə başlayıb. Həmin vaxt yayılan məlumatlarda iddia olunurdu ki, Hacı İbrahim "Xəzər adaları" layihəsi üçün ABB-dən 850 milyon dollar kredit götürüb. Lakin pulla təyinatı üzrə xərclənməyib. Bu üzdən də Hacı İbrahimdən kredit qaytarılması tələb edilib. Yeri gəlmişkən, bu qalmaqaldan sonra "Xəzər adaları" layihəsinin icrası dayanıb. 

Seyid
--> -->