Kanadanın Toronto Pearson Beynəlxalq Hava Limanından 15 milyon dollar dəyərində qızıl oğurlanıb.
Qaynarinfo xəbər verir ki, Kanada rəsmiləri hadisənin bazar ertəsi baş verdiyini açıqlayıb.
Bu hava limanı Ontario əyalətində çıxarılan qızılın daşınması üçün istifadə olunurmuş. Qızılı daşıyan təyyarə həmin axşam aeroporta endikdən sonra içindəkilər təhlükəsiz yük obyektinə aparılıb. Polis İdarəsi oğurluğun orada baş verdiyini düşünür.
Bu, Kanada tarixindəki ən böyük oğurluqlardan biri kimi tarixə düşə bilər. Sonuncu dəfə 2011 və 2012-ci illərdə bu böyüklükdə oğurluq baş verib. O zaman Kvebekdəki anbardan 18,7 milyon dollar dəyərində 3 min ton ağcaqayın siropu oğurlanıb.
Müfəttiş Stiven Duivesteyn bunun qeyri-adi bir quldurluq olduğunu və komandasının bütün ehtimalları araşdırdığını deyib.
Oğurlanan konteynerin yarım kvadratmetr ölçüsündə olduğunu deyən Duivesteyn yükün çəkisini açıqlamayıb.
Səlahiyyətlilər yükü daşıyan aviaşirkətin adını, yükün yola salınması və təyinat yeri kimi məlumatları açıqlamayıb.
Aydın
Şərhlər