Xəbər lenti

Havaya sovrulan milyonlar: “Dayan Dincəl”lərdə palma ağacları quruyub, əraziləri ot basıb (VİDEO)
Ekonomiks 14:42 27.06.2022

Havaya sovrulan milyonlar: “Dayan Dincəl”lərdə palma ağacları quruyub, əraziləri ot basıb (VİDEO)

Bakı-Astara magistral yolu üzərində tikilən "Dayan Dincəl” istirahət əraziləri bərbad vəziyyətə düşüb.

Qaynarinfo-nun əməkdaşı yolboyu bütün "Dayan Dincəl” istirahət yerlərində çəkiliş aparıb.

Məlum olub ki, Bakıdan Astara və əks istiqamətində salınan "Dayan Dincəl” istirahət yerləri müəmmalı səbəblərdən kabellərlə, bəziləri isə kəndirlərlə bağlanıb. Tikintisi milyonlarla manata başa gələn pavilyonlar baxımsız vəziyyətə düşüb. 

Yolun Lənkəran-Masallı, Cəlilabad-Biləsuvar istiqamətində yerləşən "Dayan Dincəl” istirahət ərazilərində landşaft dizaynı AOUMM şirkəti tərəfindən hazırlanan və əkilən palma ağacları quruyub, ərazilər quru ot örtüyünə bürünüb. Bir sözlə dayanacaqların mağaza, kafe, mətbəx, istirahət sahəsi, sığınacaq və ayaqyolu hissələrində antisanitariya hökm sürür. 

Yolun yalnız Masallı və Lənkəran hissəsində yerləşən, öt örtüyü ilə bürünmüş "Dayan Dincəl”də bir nəfərin oturacaqda uzanıb, yatmasının şahidi olduq. 

Yolun Ələt-Salyan hissəsində isə yol işçiləri domino oynamaqla vaxtlarını keçirirlər.

Xatırladaq ki, ''Yol Hərəkətinin Təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı''nda avtomagistralların kənarında 50 ədəd pitstopların tikilməsi nəzərdə tutulur. Layihəni Latviyanın özəl memarlıq şirkəti həyata keçirib. Memarlıq layihəsi Cobalt/Annvil tərəfindən "Space Group" memarlıq ofisi ilə birgə hazırlanıb, landşaft dizaynı AOUMM tərəfindən həyata keçirilib.

Əhməd


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->