Ölkə 19:46 15.03.2022

Həbs edilən icra başçısının köməkçisi ilə bağlı ilkin qərar verildi

Göyçay Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Vahid İsayev məhkəmə qarşısına çıxarılıb.

APA-nın əldə etdiyi xəbərə görə, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib.

Vahid İsayev barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Xatırladaq ki, bir neçə gündür Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi qanun pozuntuları ilə bağlı Göyçay Rayon İcra Hakimiyyətində yoxlama aparır.

Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bir müddət əvvəl işdən çıxarılıb.