Siyasət 18:17 04.04.2023

“Heç kim fəaliyyətimizin legitimliyini şübhə altına ala bilməz” - Partiya sədri

"Ermənilərin Qarabağa giriş-çıxışına tam nəzarət etməliyik”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Azərbaycan Ordusunun Laçın ərazisində nəzarəti genişləndirməsi, 11 yeni post yaratması barədə erməni mətbuatında yayılan məlumatları şərh edərkən deyib.

Sədr bildirib ki, heç ki, Azərbaycanın fəaliyyətinin legitimliyini şübhə altına ala bilməz:
 
"Azərbaycan artıq öz ərazisində suveren hüquqlarını özü həyata keçirir. Ermənistandan Qarabağa silah-sursat, qanunsuz dəstələr keçirməsinin qarşısını almaq üçün tədbirlər görürük. Hesab edirəm ki, Azərbaycanın bütövlükdə Laçın yolunu nəzarətə götürməsi müsbət haldır. Prosesi davam etdirmək lazımdır. 

Məlumat yayıldı ki, ermənilər Qarabağa qanunsuz gediş-gəliş üçün başqa yollar da axtarırlar. Həmin yolları da müəyyən edib, tam şəkildə nəzarətə götürməliyik. Azərbaycan öz ərazisində sərbəst hərəkət edir. Heç kim fəaliyyətimizin legitimliyini şübhə altına ala bilməz”.

Rüfət Sultan