Dünya 12:08 21.01.2024

Hindistanda qəzaya uğrayan təyyarənin göyərtəsində 6 nəfər olub (YENİLƏNİB)

Yanvarın 20-si şənbə günü axşam Əfqanıstanın hava məkanında (Tacikistan sərhədi yaxınlığında) Rusiya Federasiyasının mülki təyyarələrinin dövlət reyestrində qeydiyyatdan keçmiş Falcon 10 təyyarəsi əlaqəni dayandıraraq radar ekranlarından itib.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Hava Nəqliyyatı üzrə Agentliyi (Rosaviasiya) məlumat yayıb.

İlkin məlumata görə, təyyarənin göyərtəsində 6 nəfər - 4 ekipaj üzvü və 2 sərnişin olub.

"Falcon 10” "Athletic Group MMC”yə və fərdi şəxsə məxsusdur.

Təyyarə Qaya (Hindistan) - Daşkənd (Özbəkistan) - Jukovski (Rusiya) marşrutu üzrə çarter təcili yardım reysi həyata keçirirmiş.

Qeyd olunub ki, hava gəmisinin ilk uçuş nöqtəsi Taylandın Utapao hava limanı olub.

Hazırda təyyarənin axtarışı davam etdirilir.

11.35
 
Moskvaya uçan Hindistan şirkətinə məxsus təyyarə Əfqanıstanın şimal-şərqində qəzaya uğrayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə yerli mənbələrə istinadən "Aamaj News" agentliyi məlumat yayıb.

Məlumata görə, təyyarə texniki nasazlıq səbəbindən Bədəxşan əyalətində qəzaya uğrayıb. Agentlik təyyarənin modeli və göyərtəsində olan təxmini sayı barədə məlumat verməyib.

11.15
 
Əfqanıstanın Bədaxşan vilayətində təyyarə qəzası olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Əfqanıstanın hakimiyyət orqanları açıqlama verib.

Təyyarənin qəzaya uğradığı əraziyə xilasedici qruplar göndərilib.

Hadisənin təfərrüatları barədə məlumat verilmir.