Ölkə 18:48 28.03.2024

Hüquq və İnsan Haqları İnstitutu ilə keçmiş işçisi arasında məhkəmə çəkişməsi

Hüquq və İnsan Haqları İnstitutu məhkəməyə verilib.

Qaynarinfo xəbər verir ki, iddiaçı İnstitutun əməkdaşı olmuş Fərid Ələkbərovdur. 
 
Məlumata əsasən, Fərid Ələkbərov "14 dekabr 2023-cü il tarixli 2023 nömrəli müraciətə (şikayətə) baxılmasının nəticəsinin qanunsuz hesab edilməsi” tələbinə dair Yasamal Rayon Məhkəməsində iddia qaldırıb. 

İş hakim Ayşən Sultanova-Məmmədovanın icraatındadır. 
 
Aprelin 16-na iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib.
 
Hüquq və İnsan Haqları İnstitutunun 1999-cu ildə yaradılıb. İnstitut əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) tabelyində fəaliyyət göstərib.  Hal-hazırda institut publik hüquqi şəxs kimi "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi"nin tabeliyində fəaliyyət göstərir. İnstitutun İdarə Heyətinin sədri Məmməd Quluzadədir.
 
Seyid