Ölkə 21:05 25.12.2022

İcra başçısından daha bir təyinat (FOTO)

Masallı Rayon İcra Hakimiyyətində daha bir təyinat olub.

Qaynarinfo xəbər verir ki, Fərid İlham oğlu Aslanlı İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi vəzifəsindən azad edilib İcra Hakimiyyəti başçısının köməkçisi təyin olunub.

Qeyd edək ki, bundan əvvəl başçının köməkçisi Tohid Əlihüseyn oğlu Hüseynov vəzifəsindən azad edilərək, İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri təyin olunub.