Ekonomiks 18:15 30.10.2023

İcra Hakimiyyəti tarixi abidəni 47 minə satışa çıxarıb (FOTOLAR)

Şəki Şəhər İcra Hakmiyyəti Şəki şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyinin tabeliyində olan 6 saylı hamam hərrac yolu ilə satışa çıxarılıb.

Yeniavaz.com xəbər verir ki, "Abdulxalıq Hamamı” adlandırılan 6 saylı hamam yerli əhəmiyyətli tarixi memarlıq abidəsi hesab edildiyi üçün Mədəniyyət Nazirliyi tərəfindən qeydə alınıb (İnv. № 4974) və dövlət tərəfindən qorunur.

"Abdulxalıq Hamamı”nın 19-cu əsrdə inşa olunduğu bildirilir. Ümumi sahəsi 220,6 kv. metr olan tarixi hamam Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 947 ünvanında yerləşir. Abidənin yerləşdiyi 471,1 kv. metr torpaq sahəsi də əmlak ilə birlikdə satışa çıxarılıb.

Tarixi hamamın ilkin satış qiyməti 47 min manat təşkil edir. Torpaq sahəsinin ilkin satı qiyməti isə 23 min manatdır.