Dünya 19:24 19.02.2024

İki gün əvvəl evlənmişdilər - Hava zərbəsi zamanı öldülər

Qəzza zolağında 2 gün əvvəl evlənən gənc fələstinli cütlük İsrailin Rəfah şəhərinə endirdiyi hava hücumunda həyatını itirib.

Qaynarinfo-nun məlumatına görə, Qəzza zolağındakı hərbi əməliyyatlardan qaçaraq Rəfaha sığınan və 2 gün əvvəl burada evlənən cütlük - Abdullah Əbu Nəhl və Meryem Dib dünən Hirbet əl-Adesə endirilən hava hücumunda həlak olublar.

Hücumda bəyin ailəsindən 6 nəfər ölüb, 3 nəfər yaralanıb.

Qeyd edək ki, Qəzzada müharibə təxminən 150 gündür davam edir. 

Aydın