İdman 23:32 27.06.2022

İki para-atletimiz qızıl medal qazandı - FOTO

Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə idmançısı Məhərrəm Qasımov Tunis Qran-Prisində (F11) nüvə itələmə növündə 10.13 metr nəticə göstərərək yarışın qızıl medalına sahib olub.

Bu barədə Qaynarinfo-ya Komitədən bildirilib.

M.Qasımov bununla da Paris 2024 XVII Yay Paralimpiya Oyunlarında iştirak üçün ilk reytinq xallarını qazanıb

Azərbaycanın atletika idman növü üzrə idmançısı Elmir Cəbrayılov da (T13) 100 metrəyə qaçış növündə 11.55 saniyə nəticə göstərərək yarışın qızıl medalını qazanıb.