Xəbər lenti

İlan sancan aktyordan xəbər var:
Ölkə 17:30 04.08.2026

İlan sancan aktyordan xəbər var: "Böyük qorxu keçirdim"

Bir müddət öncə ilan sancan Əməkdar artist Elnur Kərimovdan xəbər var.

Səhhəti haqqında Qaynarinfo-ya məlumat verən aktyor hadisədən böyük qorxu keçirdiyini bildirib:

"Allah hamını var eləsin, hadisə baş verəndə mən qorxuya düşmüşdüm. Amma şükürlər olsun ki, bu dəfə yaxşı qurtardım. İlanın zəhəri ilə bağlı müalicələr bitdi. Amma hazırda qanımda laxtalanma gedir, Allahın köməkliyi və həkimlərin müalicəsi ilə problem aradan qalxacaq. Dərmanlar qəbul edirəm. Həkimlər deyir ki, qısa vaxta normaya düşəcək”.

Aktyor hazırda məzuniyyətdə olduğunu deyib:

"Sentyabra kimi evdəyəm. Ona kimi də hər şey düzələcək”.

Qeyd edək ki, bir müddət bundan öncə Əməkdar artist Elnur Kərimovu ilan sancıb. Gənc Tamaşaçılar Teatrının aktyoru İlham Əsədov isə sayıtımıza açıqlamasında Elnur Kərimovu sancan ilanın hadisə yerində öldürüldüyünü bildirib.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->