Xəbər lenti

İlon Mask Donald Trampla dostluq etmək cəhdində şübhəli bilindi
Dünya 10:36 18.08.2023

İlon Mask Donald Trampla dostluq etmək cəhdində şübhəli bilindi

ABŞ-ın keçmiş prezidentinə qarşı irəli sürülən ittihamlara məhkəmədə baxıldığı uzun müddətdən bəri hüquq-mühafizə orqanlarının əməkdaşlarına Trampın "Twitter” hesabına giriş imkanı təmin edilməyib. Prokuror Maskın iyrənc siyasətçi ilə əlaqəsinin olub-olmadığıyla maraqlanıb.

Qaynarinfo xəbər verir ki, çərşənbə günü açıqlanan məhkəmə stenoqramına görə, ABŞ-ın Dairə Hakimi Beril Houell fevralın 7-də Trampın "Twitter” hesabında axtarış aparmaq üçün orderi olan xüsusi müşavir Cek Smitə materialların çatdırılmasında gecikmə ilə bağlı "Twitter”in hüquq qrupunu tənqid edib.

Şirkət müxtəlif hüquqi arqumentləri və Trampı istintaq barədə xəbərdar etmək istəyini əsas gətirərək orderə əməl etməyib.

"Twitter”in gecikməsindən məyus olan Houell bunun "CEO-nun keçmiş prezidentlə dostluq etmək cəhdi" ilə bağlı olub olmadığını soruşub.

Prokuror həmçinin təklif edib ki, orderin icrasının gecikdirilməsi, Kapitoliyə hücumdan sonra onun hesabının bloklanması səbəbindən Trampa bir növ təzminat ola bilər.

"Twitter”in vəkilləri (adının dəyişdirilməsindən sonra - X) iddiaları rədd edərək, "konstitusion hüquqlarının müdafiəsi" səbəbindən məhkəmənin tələblərinə əməl etmədiklərini bildiriblər.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->