İdman 16:43 22.04.2023

İlon Mask Ronaldodan 8 dollar istəyir

Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəssr"da çıxış edən Kriştiano Ronaldo çox maraqlı dövr keçirir.

Qaynarinfo-nun məlumatına görə, son zamanlar aqressiv davranışı ilə diqqət çəkən portuqaliyalı superulduza daha bir zərbə İlon Maskdan gəlib.

"Twitter”in rəhbəri Ronaldonun təsdiqlənmiş hesabındakı "mavi işarə"ni silib. Yəni, Ronaldo da "Twitter Blue”ya abunə olmayanlardan biri idi və portuqaliyalı ulduz sözügedən işarəni itirib. Bu hadisə sosial mediada böyük reaksiyalara səbəb olub. 

Şirkətin yeni qaydalarına görə, "mavi işarə"ni itirmək istəməyən istifadəçilər aylıq 8 dollar ödəniş müqabilində "Twitter Blue”ya abunə olmalıdır.

Ronaldonun "Messi, Messi” təzahüratlarına qarşılıq olaraq "Əl-Hilal”la matçda ədəbsiz jest etməsi ilə bağlı iddialar ortaya atılsa da, buna görə onun cəzalandırılmayacağı açıqlanıb.

Səbuhi Həsənov