Dünya 11:15 06.02.2023

İlon Mask son üç ayı haqda danışdı: "Heç kimə belə ağrı arzulamıram"

Sahibkar İlon Mask həyatının çətin üç ayından Twitter-də şikayətlənib. Bundan bir qədər əvvəl "Wall Street Journal"ın səhifələrində "İlon Mask nə vaxt yatır?” materialı dərc edilib.

Qaynarinfo xəbər verir ki, iş adamının sözlərinə görə, son üç ay "dəhşətli dərəcədə çətin” olub.

Mask, "Tesla" və "SpaceX"dəki vəzifələrini yerinə yetirməklə eyni vaxtda "Twitter"i iflasdan "xilas etməli" olduğunu deyib.

"Heç kimə bu cür ağrı arzulamıram", - o deyib və ictimai dəstəyə görə təşəkkür edib.
 
Alpər