Dünya 15:22 04.06.2022

İlon Mask Ukraynaya bir neçə gün çalışa bilən günəş elektrik stansiyaları göndərdi

Tesla və SpaceX qurucusu İlon Mask Ukraynada xəstəxanalarına Tesla Powerwall günəş elektrik stansiyaları göndərib. 

Qaynarinfo Ukraynanın Rəqəmsal Transformasiya naziri Mixail Fyodorovun sözlərinə istinadla xəbər verir ki, stansiyalar Kiyev vilayətində mühüm infrastruktur obyektlərinin fəaliyyətini təmin edir.

Fyodorov qeyd edib ki, Tesla Powerwall batareyaları elektrik kəsilməsi zamanı tibb müəssisələrini ehtiyat enerji ilə təmin edir.

Daha əvvəl nazir bildirib ki, Borodyanka və İrpendəki iki ambulatoriya Maskın şirkətindən günəş panelləri və enerji saxlama sistemləri alıb.

Tesla Powerwall ənənəvi şəbəkənin sıradan çıxması halında ehtiyat enerji təmin etmək üçün təkrar emal edilmiş günəş enerjisini saxlayan avtomatlaşdırılmış akkumulyator sistemidir. Belə bir ehtiyat enerji təchizatı ilə bir neçə gün işləyə bilərsiniz.
 
Alpər