Dünya 23:22 26.03.2024

İlon Maskın Rəqəmsal Nifrətlə Mübarizə Mərkəzinə qarşı iddiası rədd edildi

ABŞ-da hakim İlon Maskın X Corp şirkətinin sosial şəbəkələrdə zəhərli məzmunu araşdıran Rəqəmsal Nifrətlə Mübarizə Mərkəzinə (CCDH) qarşı qaldırdığı iddianı rədd edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Reuters yazır.

Müvafiq qərarı San-Fransiskoda ABŞ hakimi Çarlz Breyer qəbul edib. Onun fikrincə, X Corp qeyri-kommersiya qrupu fikirlərini və tənqidlərini ifadə etdiyinə görə cəzalandırmaq üçün onu məhkəməyə verib.

"X Corp bu hərəkəti CCDH-nin X Corp-u tənqid edən nəşrlərinə görə CCDH-ni cəzalandırmaq və bəlkə də bu cür tənqidlərlə məşğul olmaq istəyən başqalarının qarşısını almaq üçün etdi" deyə hakim qeyd eləyib.

Xatırladaq ki, ötən il X Corp ifadə azadlığına mane olan aktiv fəaliyyətə görə Rəqəmsal Nifrətlə Mübarizə Mərkəzini məhkəməyə vermişdi.

Bundan əvvəl X Corp qeyri-kommersiya təşkilatına məktub göndərib. O, CCDH-ni "ümumiyyətlə X (əvvəllər Twitter - red.) və xüsusən də onun rəqəmsal reklam biznesinə zərər vermək üçün hazırlanmış bir sıra narahatedici və əsassız iddialarda” ittiham edib.

Hakimin hazırkı qərarından sonra X Corp apellyasiya şikayəti vermək niyyətindədir.

Alpər