Ölkə 13:09 05.04.2023

İnam Kərimov vəzifəsinin icrasına başladı

Ali Məhkəmənin yeni sədri İnam Kərimov kollektivə təqdim olunub, vəzifəsinin icrasına başlayıb.

"Report"un məlumatına görə, yeni sədri kollektivə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev təqdim edib.

Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 4-də İnam Kərimovun Ali Məhkəmənin sədri təyin olunması ilə bağlı sərəncam imzalayıb