İndoneziyanın Sumatra adasında fəlakətli daşqın və torpaq sürüşmələrinin qurbanlarının sayı 631-ə çatıb.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bu barədə Təbii Fəlakətlərin Nəticələrinin aradan qaldırılması üzrə Milli Agentlik məlumat yayıb.
Bildirilib ki, 472 nəfər itkin düşmüş hesab olunur. Təxminən bir milyon ailə təxliyə edilib.
Daşqınlar musson yağışları səbəbindən baş verib, nəticədə minlərlə ev və binaya ziyan dəyib.
Daha əvvəl 593 nəfərin həlak olduğu barədə məlumat verilmişdi.
Şərhlər