Dünya 20:03 18.05.2022

İqlim dəyişikliyi Hindistan və Pakistanı cəhənnəmə çevirib - 51 dərəcə

2-İqlim dəyişikliyi Hindistan və Pakistanda rekord isti havaların baş vermə ehtimalını 100 dəfə artırıb.

Qaynarinfo BBC-yə istinadla xəbər verir ki, bu barədə metrologiya ofisinin yeni araşdırmasında deyilir. 

İndi bu bölgələrdə 2010-cu ilin rekord istilərindən daha artıq istilərin 3 ildən bir baş verməsi gözlənilir. 2010-cu ildə baş verən rekord istilər isə axırıncı dəfə 1900-cü ildə baş verib.

Metrologiya ofisi bildirir ki, iqlim dəyişikliyi baş verməzdən əvvəl belə istilər yalnız 312 ildən bir baş verərdi. 

Bir neçə müddətdir regionda havalar yandırıcı dərəcədə isti keçir. Şənbə günü Pakistanda havanın tempraturu 51 dərəcəyə çatıb. 

Metrologiya idarəsinin məlumatına görə, istilər üzümüzə gələn həftə də davam edəcək və tempratur 50 dərəcəyə qədər qalxacaq.

"İstilik hər zaman aprel və may aylarında bölgənin mussondan əvvəlki iqliminin xüsusiyyəti olub. Ancaq bizim araşdırmamız göstərir ki, iqlim dəyişikliyi bu dövrlər istilik intensivliyini çoxaldır və rekord istilərin baş vermə ehtimalını 100 dəfə artırır", - bugünkü araşdırmaya cavabdeh olan qrupa rəhbərlik edən Dr Nikos Kristidis deyib.

Nurlan