Dünya 18:12 13.06.2022

İran bazarlarında da aksiyalar başaldı: Tehran və Kazirun tacirləri ayağa qalxdı (VİDEO)

Tehran bazarında artıq ikinci gündür ki, ticarətçilər aksiya keçirir. Eyni zamanda, Fars əyalətindəki Kazirun bazarında da aksiya başlayıb.

Qaynarinfo bu barədə BBC-nin fars bölməsinə istinadən xəbər verir.

Sosial şəbəkələrdə yayımlanan və BBC-nin əldə etdiyi görüntülərdə Tehranın Lalehzar, Comhuri və Əmin Hozur küçələrindəki bir sıra mağaza sahibləri iqtisadi tələblərlə, yeni vergi qanunlarına və dolların bahalaşmasına etiraz əlaməti olaraq aksiyalara başlayıblar.

Eyni zamanda, Fars vilayətinin Kazirun şəhərindən gələn görüntülərdə bir qrup ticarətçinin iqtisadi vəziyyətə etiraz olaraq tətilə başladığı görünür.

Sosial şəbəkələrdə yayılan şəkillərdə bir qrup sahibkarın mağazalarını bağladıqları və digər mağaza sahiblərinin də onlara qoşulmağını xahiş etdikləri görünür. 

Həmçinin bu gün Tehran, Urmiya, Əhvaz, Pakdəşt, Bəndər Abbas və Sərbəndər kimi şəhərlərdə də aksiyalar keçirilib.

M.Arif