Dünya 13:53 18.11.2022

İran hakimiyyəti qətlləri necə ört-basdır edir?

İran hakimiyyəti Təbrizin Azad Universitetinin tibb fakultəsinin tələbəsi Aylar Həqqinin ölümü ilə bağlı açıqlama yayıb. 

Qaynarinfo İran mənbələrinə istinadən məlumatına görə, Şərqi Azərbaycan vilayətinin kəşfiyyat polisinin rəisi İbrahim Mahmudi idda edib ki, Aylar Həqqi aksiyada öldürülməyib. Onun sözlərinə görə, tələbə qazıntı sahəsinə düşərək dünyasını dəyişib.

İranlı fəallar isə bildirir ki, Aylar Həqqi Təbrizdə keçirilən aksiyalar zamanı təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb. Təhlükəsizlik qüvvələrinin əməkdaşları onu itələyərək yerə yıxıb. Bu zaman yerdəki armatur onun bədəninə batıb və tələbə dünyasını dəyişib. 


Aylar Həqqi

İran hakimiyyəti aksiyalarda baş verən ölüm hallarını inkar edir. Daha doğrusu, ölümləri qəza, xəstəlik, intihar və bu kimi səbəblərlər izah edir. Bundan başqa, təhlükəsizlik qüvvələri ölənlərin yaxınlarına təzyiq edərək onları qətl faktını ört-basdır etməyə məcbur edir. 


Kian Pirflek

Məsələn, İzeh şəhərində təhlükəsizlik qüvvələri tərəfindən öldürülən 9 yaşlı Kian Pirflekin ölümünü "terrorçuların” üzərinə atır. Uşağın bəzi qohumları da bunu təsdiqləməyə məcbur edilir. 


Nika Şakrami

Bundan əvvəl isə aksiyada öldürülən Nika Şakraminin anası Nəsrin Şakramin AzadlıqRadiosunun İran bürosuna bildirmişdi ki, ondan qızının ehtiyatsızlıq üzündən öldüyünü deməsi tələb edilib. O da təhlükəsizlik qüvvələrinin tələbinə uyğun olaraq qızının hündürlükdən yıxılaraq öldüyünü deyib. 

Seyid