Dünya 18:56 14.11.2022

İrana qarşı yeni sanksiyalar - SEPAH terror təşkilatları siyahısına salına bilər

Avropa İttifaqı (Aİ) dinc aksiyaların qəddarlıqla yatırılmasına görə İrana qarşı sanksiyalar paketini təsdiq edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Aİ-nin Avropa İttifaqının Xarici Əlaqələr üzrə Ali nümayəndəsi Jozef Borrel bildirib. Ali nümayəndə deyib ki, nümayişçilərin repressiyasına görə məsuliyyət daşıyan şəxslərə qarşı daha bir sanksiya paketini təsdiqləyəcəklər.

Diplomatın sözlərinə görə, sanksiyaların yeni mərhələsində ən azı 30 fiziki və hüquqi şəxs aktivlərin dondurulması, səyahət qadağaları ilə hədəf alınacaq.

Yeni sanksiyaların təbtbiqi ilə bağlı qərar İranda 22 yaşlı Məhsa Əminin polis bölməsində ölməsinə və bu hadisədən sonra ölkədə baş verən etirazlara zorakı müdaxiləyə görə 15 iranlı şəxs və quruma tətbiq edildikdən bir ay sonra verilib.

Sanksiyalar əxlaq polisini və onun iki əsas fiquru - Məhəmməd Rostami ilə Hajahmad Mirzaei, eləcə də İran Hüquq-Mühafizə Xidmətləri (LEF) və bir sıra yerli rəhbərləri hədəf alıb.

Ölkənin informasiya və kommunikasiya texnologiyaları naziri İsa Zarepur da internetin bağlanmasına görə məsuliyyətə cəlb edilib.

Borrellinin sözlərinə görə, noyabrın 13-də İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahianla sanksiyaları və Kompleks Ortaq Fəaliyyət Planını (JCPOA - 2015-ci ildə imzalanan nüvə sazişi) müzakirə edəcək.

Aİ-nin baş diplomatı yeni sanksiyaların İranın nüvə sazişi ilə bağlı müzakirələrini təhlükə altında qoya biləcəyi ilə bağlı suala cavabında deyib: "İran heç də yaxşı yolda deyil, dalana dirənib, lakin yenə də işlərini davam etdirir”.

Aİ İslam İnqilab Keşikçiləri Korpusunu (SEPAH) da terrorçu təşkilatlar siyahısına sala bilər. Bu barədə Fransa Prezidenti Emmanuel Makron bildirib. Onun sözlərinə görə, bir neçə nəfər olaraq İİKK və rejimdəki şəxslərə sanskiya tətbiq olunmasına çağırış ediblər. 

Seyid