Dünya 15:06 26.09.2022

İranda etiraz aksiyalarında qətlə yetirilən xanımların fotoları yayıldı (FOTO)

İranda etiraz aksiyalarında baş verən toqquşma nəticəsində güc strukturları tərəfindən qətlə yetirilən xanımların fotoları yayılıb.

Qaynarinfo GünAzTV-yə istinadən xəbər verir ki, bunlar Hənane Kiya, Qəzale Çelavi, Hədis Nəcəfi, Məhsa Moquyi, Aysan Mədənpəsənd və Minu Məcididir.

Xatırladaq ki, on gündür İranda etiraz aksiyaları keçirilir. Tehran hakimiyyətinin tətbiq etdiyi hicab qaydasına əməl etmədiyi üçün polislər tərəfindən 22 yaşı Məhsa Əmini qətlə yeririlib. İranın bütün şəhərlərində bu qətlə etiraz olaraq kütləvi dinc aksiyalar keçirilir.