Dünya 14:49 04.12.2022

İranda əxlaq polisi ləğv edildi

İran hakimiyyəti əxlaq polisini ləğv etmək qərarına gəlib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Arab News” ölkənin Baş Prokurorluğuna istinadən məlumat yayıb.

"İranın Baş Prokurorluğu əxlaq polisinin ləğvi barədə məlumat verib”, agentlik bildirib.

İranın baş prokuroru Məhəmməd Cəfər Montazeri deyib ki, əxlaq polisi ləğv edilsə də, məhkəmə bu sosial problemlə məşğul olmağa davam edəcək: "Əxlaq polisi İslam Respublikasının hüquq-mühafizə sistemi ilə heç bir əlaqəsi olmadığı üçün ləğv edilib".

Qeyd edək ki, daha öncə İranın hüquq orqanlarının qadınlar üçün hicabın məcburi geyinilməsi ilə bağlı qaydaların dəyişdirilməsini nəzərdən keçirdiyi bildirilib.