Dünya 15:59 13.11.2022

İranda kimyəvi maddələr zavodunda yanğın: 15 yaralı var

İranın mərkəzində yerləşən İsfahan əyalətinin Mobarak sənaye şəhərində neft emalı zavodunda güclü yanğın baş verib.

Qaynarinfo ISNA-ya istinadən xəbər verir ki, bu barədə yerli təhlükəsizlik xidmətləri məlumat verib.

Bildirilib ki, yanğın avtomobil yağı istehsalı zavodunu əhatə edib. Onun söndürülməsinə 20 yanğınsöndürmə briqadası cəlb olunub, müəssisənin əməkdaşları təcili təxliyə edilib.

Dörd saatdan artıqdır yanğınsöndürənlər yanğını söndürməyə çalışır. Ərazidə kimyəvi və partlayıcı maddələr olduğu üçün davamlı olaraq partlayışlar baş verib.

Yanğında 15 nəfər yaralanıb, 3 nəfərin vəziyyəti ağırdır.

Qeyd edək ki, ümumilikdə yanğının baş verdiyi yaşayış məntəqəsində 400-ə yaxın sənaye obyekti var. Yanğın kimyəvi maddələr istehsal edən zavodda baş verdiyi bildirilir.

Aydın