Dünya 20:19 26.10.2022

İranda ziyarətgaha hücumda 15 nəfər öldü, 40 nəfər yaralandı

İranın Şiraz şəhərindəki Şahçerağ ziyarətgahında terror aktı törədilib.

Qaynarinfo xəbər verir ki, 3 silahlı şəxsin Şahçerağ ziyarətgahına odlu silahla hücumu zamanı ən son məlumatlara görə 15 nəfər ölüb, 40 nəfər yaralanıb.

Hadisənin hansı qruplaşma tərəfindən törədildiyi məlum deyil.