Dünya 14:07 03.08.2022

İranın Şiraz aviabazasında SEPAH-ın Sukhoi-22 təyyarəsi qəzaya uğradı

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin ictimaiyyətlə əlaqələri bəyan edib ki, Şiraz aviabazasında texniki nasazlıq səbəbindən bu qüvvələrin Sukhoi-22 təyyarəsi qəzaya uğrayıb.

Qaynarinfo bu barədə SEPAH-a yaxın Təsnim agentliyinə istinadən xəbər verir.

Qəzada təyyarəyə dəyən ağır ziyana baxmayaraq, pilotların vaxtında katapult etməsi sayəsində xəsarət almadığı bildirilir.

Qeyd edilir ki, Sukhoi-22 MiQ-21 və F-5 ilə birlikdə İran Hərbi Hava Qüvvələrinin ən təhlükəli və qəzaya məruz qalan köhnə təyyarələri sırasındadır.

Aydın