Dünya 13:35 30.07.2022

İranın son faciəvi daşqını: Dövlət məmurları şou göstərir (VİDEO/FOTO)

Müxtəlif İran rəsmilərinin son seldə yalançı populist jestləri və yaratdıqları şou bu ölkənin mediasında və sosial şəbəkələrində geniş əks-səda doğurub.

Qaynarinfo bu barədə İranın "Kalanshahr" saytına istinadən xəbər verir.

İranda sosial media istifadəçilərinin tənqidlərinin bir qismi Tehran merinə yönəlib. Onlar, Zakaninin bir cüt çəkmə almaqdan yayındığını, ancaq  qoluna iki min dollarlıq "Omega Constellation qol" saatının bağladığı qeyd ediblər.

Vurğulanır ki ,Tehranın müxtəlif bölgələrində baş verən daşqınlar indiyədək 50-dən çox insanın ölümünə və milyardlarla tümən ziyana səbəb olub.

Son bir neçə saat ərzində kiberməkan istifadəçiləri daşqınların öz həmvətənlərinə vurduğu ziyanla bağlı təəssüratlarını ifadə etməklə yanaşı, bir çoxları Tehran meri Əlirza Zəkani və İran paytaxtının parlamentdəki bir sıra nümayəndələrinin davranışlarını siyasi şou və təbliğat adlandırıblar. 

Tehran meri Zəkaninin şalvarının dizlərinə qədər palçıq olduğu, bu hallar üçün uyğun paltar geyinmədiyi, hətta çəkmə geyinmədiyi halda şəkilləri yayımlanıb.

Hadisənin qəribə tərəfi onun Ərbəin qərargahının iclasına eyni paltarlarla qatılacağını bildirdiyi başqa bir fotosunun dərc olunmasıdır.

Tənqidçilər Zəkaniyə yazıblar: "Cənab mer bilirmi ki, o, nəm və palçıqlı paltarla binada peyda olanda xidmət işçiləri cənab müdirin getdiyi yolun bir neçə yüz metrliyini təmizləmək üçün enerji və pul xərcləməli olur. Bəs siz doğrudan da İranın paytaxtında bir cüt plastik çəkmə tapa bilmədiniz?”

Digər şəkildə isə bəzi millət vəkillərinin palçıq içində selfi və kollektiv şəkil çəkdirməsi əks olunub.

Hamçinin cümə günü, iyulun 29-da Tehranın qədim məhəlləsində İmamzadə Davudun su basmış məqbərəsinin həyətindən dərc edilən digər şəkillərdə İslam Şurasının bəzi digər nümayəndələrini bu yerə köçürmək üçün xilasedicilərin ekskovatorlardan istifadə etməli olduqları göstərilir ki, bu kritik anlarda xilasetmə işlərinin aparılması yerinə həmin maşın nümayəndələri daşımaq üçün taksi kimi istifadə olunur.

Populist hərəkətlər və demaqoq populist jestlər İslam Respublikası rəsmiləri arasında uzun bir tarixə malikdir və Rəisı dövrünə xas deyil. Üç il əvvəl İranın şimalında yaşanan Novruz selində problemin həlli yolu təklif etmək əvəzinə, məmurlar kəmərə qədər suya girib sinə vurmağı  üstün tutmuşdular.

Aydın