Dünya 18:44 05.01.2024

İraq beynəlxalq koalisiyanın ölkədən çıxmasını tələb edir

İraqın baş naziri Məhəmməd əl-Sudani bildirib ki, Bağdad beynəlxalq koalisiyanın ölkədə mövcudluğunun dayandırılmalı olması ilə bağlı mövqeyindən geri çəkilməyəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Al-Sumaria" telekanalı məlumat yayıb.

"Hökumət beynəlxalq koalisiyanın ölkədə mövcudluğuna əsaslar tükəndiyindən onun fəaliyyətinə son qoymaq üçün qəti mövqeyini bir daha bəyan edir", deyə əl-Sudani bildirib.

O, həmçinin qeyd edib ki, hakimiyyət koalisiyanın İraqdan çıxarılması ilə bağlı tədbirlər planı hazırlamaq üçün yaradılmış komitə çərçivəsində danışıqların başlanması tarixini müəyyənləşdirir.

Məhəmməd əl-Sudani həmçinin koalisiyanın rəsmi qüvvələr olan və dövlətə tabe olan şiə silahlılarına qarşı zərbələrini pisləyib.

Aydın