Dünya 13:47 16.01.2024

İraq Tehranın Ərbilə raket hücumuna reaksiya verdi - BMT TŞ-yə şikayət ediləcək

İraq Xarici İşlər Nazirliyi bazar ertəsi, yanvarın 15-i axşam İranın Ərbilə raket hücumuna cavab verib.

Qaynarinfo xəbər verir ki, Xarici İşlər Nazirliyi verdiyi açıqlamada, kürd iş adamı da daxil olmaqla, azı 4 nəfərin ölümünə səbəb olan təhlükəsiz evlərin ballistika ilə bombalanmasını "qətiyyətlə pisləyib". 

"İraq hökuməti bu davranışı İraqın suverenliyinə və İraq xalqının təhlükəsizliyinə qarşı təcavüz hesab edir və qanunla nəzərdə tutulmuş bütün tədbirləri görəcəyini təsdiqləyir", - bəyanatda deyilir.

Bağdad BMT Təhlükəsizlik Şurasına şikayət etməyi planlaşdırır. İraqın Baş naziri hücumu araşdıracaq və hökumətin mövqeyini beynəlxalq səviyyədə dəstəkləmək üçün məlumat toplayacaq komitə yaratmağa qərar verib.

KİV-in məlumatına görə, İran ABŞ konsulluğu yaxınlığına zərbə endirib və oranın "İsrail casus mərkəzi" olduğunu iddia edib. Vaşinqton hücumu pisləyib.

Nizami Bağırov