Dünya 11:06 21.07.2022

İraqda dinc sakinləri kim qətlə yetirib? - Dalana dirənən PKK Türkiyəni bu yolla vurur

Türkiyə təhlükəsizlik mənbələri İraqın şimalında dinc sakinlərin ölümü ilə nəticələnən hücumun terrorçular tərəfindən həyata keçirildiyini bildirib.

Qaynarinfo bu barədə Anadolu agentliyinə istinadən xəbər verir.

İraqın şimalında yerləşən Parax kəndinin kənarında baş verən partlayış nəticəsində ölən və yaralananların olduğu barədə bəzi məlumatlar var.

Digər tərəfdən, PKK/KJK terror qruplaşmasına dəstək verən media qurumlarında "Türkiyə silahlı qüvvələrinin Dohukda təşkil etdiyi atışmalar nəticəsində bir neçə mülki vətəndaşın həyatını itirdiyi” ilə bağlı əsassız xəbərlər də yayılıb. 

"Türkiyə Silahlı Qüvvələrinin Şimali İraqda həyata keçirdiyi əməliyyatlar nəticəsində bu terror qruplaşması iflasa uğramaq həddinə çatıb. O, düşdüyü çətin vəziyyətdən çıxmaq üçün yalan məlumat dərc etmək kimi qeyri-etik yollarla çarə axtarır”, - Türkiyənin təhlükəsizlik mənbələri qeyd edib.

PKK/KJK terror qruplaşmasının günahsız dinc sakinləri hədəfə aldığı və bölgə əhalisinin kəndlərinə, fermalarına, bağlarına gedə bilmədiyi hər kəsə bəllidir. Belə bir şəraitdə bu terror qruplaşmasının bu cür yalan xəbərlər dərc etməsi məqsədyönlü və qərəzli şəkildə ancaq ictimai rəyi yayındırmaq üçün edilir.

Türkiyə Təhlükəsizlik mənbələri əminliklə hadisənin PKK terrorçuları tərəfindən təşkil edildiyini bildirib.

M.Arif