Xəbər lenti

Siyasət 18:56 13.03.2023

"İrəvan ikitərəfli sənəd çərçivəsində də ölkəmizin ərazi bütövlüyünü tanısa..." - Sabiq nazir

"İkitərəfli sənəd əsasında Azərbaycanın ərazi bütövlüyünün tanınması barədə bəyanat olmasa, sülh sazişi öz funksiyasını yerinə yetirməyəcək”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistanın Praqa və Soçi sənədləri ilə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıması barədə səsləndirdiyi fikri şərh edərkən deyib:

Sabiq nazir bildirib ki, İrəvan ikitərəfli sənəd çərçivəsində də ölkəmizin ərazi bütövlüyünü tanısa, bir çox suaların cavabını tapa bilərik:
 

 
"Ermənistan Azərbaycanın ərazi bütövlüyünü ən yaxşı halda çoxtərəfli sənəd vasitəsilə tanıyıb. Bu sənədə istinadən desək, İrəvan həmçinin Tacikistan və Türkmənistanın da ərazi bütöblüyünü tanıyıb. Ermənistan 30 il ərzində Azərbaycana qarşı rəsmi şəkildə ərazi iddiaları irəli sürüb. Bu baxımdan da sülh prosesinin əsas məqsədi odur ki, Ermənistan ərazi iddialarından əl çəksin. İrəvan ikitərəfli sənəd çərçivəsində də ölkəmizin ərazi bütövlüyünü tanımalıdır. Bu baş versə, bir çox suaların cavabını tapa bilərik. 

İstər-istəməz ortaya suallar çıxır. 1991-ci ildə Almatı sənədilə İrəvan Azərbaycanın ərzi bütövlüyünü tanıyıbsa, niyə ondan sonra 30 il ərzində torpaqlarımızı işğal altında saxlayıb? Sülh prosesindən söhbət gedirsə, Praqa və Soçi sənədlərilə İrəvan bir mərhələ olaraq çoxtərəfli sənəddə ərazi bütövlüyümüzün tanınmasını təkrar edib. Amma ikitərəfli sənəd əsasında ərazi bütövlüyümüzün tanınması barədə bəyanat olmasa, sülh sazişi sənədi öz funksiyasını yerinə yetirməyəcək”. 

Həmsöhbətimiz Qarabağ ermənilərinin Bakıya dəvət edilməsi fonunda danışıqların baş verəcəyinə inanmır:

"Burada söhbət kommunikasiyalar, problemlərin müzakirəsi və həllindən gedir. Onu isə danışıq adlandırmaq düzgün olmaz. Digər rayonlarda hansı problemlərimiz olub və onlar necə həll olunubsa, Qarabağda yaşayan erməni sakinlərinə də anoloji müstəvidə yanaşılacaq”. 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mətbuata açıqlamasında Azərbaycanın suverenliklə bağlı haqlı mövqeyinin beynəlxalq müstəvidə qəbul olunduğunu deyib:
 
"Ermənistan Praqa və Soçi sənədləri ilə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb. 2022-ci ilin oktyabr ayında Praqa və Soçidə keçirilmiş görüşlərdə Azərbaycan və Ermənistan 1991-ci il Almatı bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini qarşılıqlı şəkildə tanıdıqlarını bəyan ediblər”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->