İrəvanda tələbələr etiraz aksiyalarına qoşuldu (VİDEO)
Bu gün İşğan Sağatelyanın və Artur Vanetsyanın rəhbərliyi ilə yürüş iştirakçıları "Tələbə, qoşul!” şüarları ilə Teatr və Kino İnstitutuna daxil olublar.
Qaynarinfo xəbər verir ki, yürüşdə əsasən tələbələr və gənclər iştirak ediblər. İştirakçılar tələbə və müəllim heyətini başlanan etiraz aksiyalarına qoşulmağa səsləyiblər.
İnstitutun tələbələri "Nikolsuz Ermənistan” şüarlarına qoşularaq İrəvan küçələrində başlanan itaətsizlik aksiyalarında iştirak etmək üçün yürüşə başlayıblar.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər