Ölkə 18:12 29.05.2023

İş tapmayıb fəhlələri soydular, restoranlarda yeyib içdilər, sonra isə...

Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində yerləşən Səngəçal daş karxanasında fəhlələrin telefonlarını oğurlayan şəxsə hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, oğurluğu 1993-cü ildə Cəlilabad rayonu, Musalı kəndində doğulmuş Cavid Soltanov (şərti ad-soyad) və həmkəndilisi Sahil Əliyevlə birlikdə törədiblər. 

Onlar Bakıya işləmək üçün gəliblər və gecəni Binə Ticarət Mərkəzinə məxsus hosteldə keçiriblər. İş tapa bilməmələri səbəbindən Sahil Cavidə əvvəllər fəhlə işlədiyi daş karxanasında fəhlələrin yaşadığı vaqona oğurluğa gediblər. 

Onlar fəhlələrin bazar dəyəri 500-700 arası olan 5 ədəd telefonlarını oğurlayıb, 28 May metrosu yaxınlığında telefon dükanına satıblar. Bununla belə, Cavid və Sahil fəhlələrə məxsus 300 manat pulu da götürüblər. Həmin "gəlirlə” onlar Bakıda müxtəlif ünvanlarda retoranlarda əylənib, gecəni isə həmin hosteldə gecələyiblər. 

Sahil Əliyev Abşeron rayonu, Qobu qəsəbəsndə yerləşən daş karxanasındakı vaqondan da 3 ədəd mobil telefon oğurlayıb. Onun cinayət işinə Abşeron Məhkəməsində baxılmasına qərar verilib. 

Zərərçəkmiş fəhlələrin heç biri onlar barəsində şikayətçi olmayıblar. 

Qaradağ rayon Məhkəməsinin qərarı ilə, Cavid Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Əhməd