Xəbər lenti

İslamiada: Azərbaycan təmsilçiləri bu gün altı növdə çıxış edəcəklər
İdman 09:32 12.11.2025

İslamiada: Azərbaycan təmsilçiləri bu gün altı növdə çıxış edəcəklər

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bu gün Azərbaycan idmançıları altı növdə çıxış edəcəklər.

"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, ölkə təmsilçiləri ağırlıqqaldırma, voleybol, stolüstü tennis, muaytay, karate və üzgüçülükdə mübarizə aparacaqlar.

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq. Azərbaycan 29 mükafatla (4 qızıl, 9 gümüş, 16 bürünc) medal sıralamasında 7-ci pillədə qərarlaşıb. Türkiyə 68 medalla (43 qızıl, 24 gümüş, 11 bürünc) birincidir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->