İdman 20:25 16.08.2022

İslamiada: Azərbaycan üzgüçülükdə ilk qızıl medalını qazandı

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan üzgüçülükdə ilk qızıl medalını qazanıb.

Qaynarinfo xəbər verir ki, üzgüçü Ramil Vəlizadə finişə hamıdan tez çatıb.

O, 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə 01:58.26 saniyə nəticə göstərib.

Qadın üzgüçü Məryəm Şeyxəlizadəxangah isə 100 metr məsafədə batterflay üsulu ilə üzmədə yarımfinal mərhələsini 01:01.28 saniyə nəticə ilə birinci pillədə tamamlayıb və finala yüksəlib. O həm də İslamiada rekordu qırıb. 

Qeyd edək ki, bu, Azərbaycanın qazandığı 22-ci qızıl medaldır.