Ekonomiks 13:14 18.04.2023

İspan məşçiyə Azərbaycanda "stop" qoyulur (FOTO)

"Sumqayıt” futbol klubunun baş məşqçisi Ayxan Abbasovun fiziki hazırlıq üzrə köməkçisi olmuş ispaniyalı mütəxəssis Edu Karonun Azərbaycandan çıxışına "stop” qoyula bilər. 

Qaynarinfo xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi məşqçi barəsində xüsusi icraat qaydasında məhkəməyə ərizə ilə müraciət edib. Ərizədə Edu Karonun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş edilir. 

İş Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyevin icraatındadır. Araşdırmarımız zamanı bəlli olub ki, Edu Karonun 2414.86 AZN vergi borcu var.
 


"Sumqayıt” futbol klubu Edu Karo ilə 2019-cu ildə müqavilə bağlayıb. 2020-ci ilin avqustunda isə klub məşqçi ilə yollarını ayırıb.

Edu Karo UEFA-nın "A” kateqoriyalı məşqçisidir. O, İspaniyanın "CF Esplugenc”, "CF Damm”, "Terrassa FC”, "CF Qava” və Səudiyyə Ərəbistanının "Əl-Hilal” klublarında fiziki hazırlıq üzrə məşqçi kimi çalışıb.

Seyid