Dünya 16:23 30.05.2022

İsrail-BƏƏ əlaqələri genişlənir - Müqavilə imzalanacaq

İsrail İqtisadiyyat Nazirliyi Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə Dubayda ticarət sazişinin imzalanacağını açıqlayıb.

Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir.

Nazirlikdən bildirilib ki, iki ölkə arasında ticarəti stimullaşdırmaq məqsədi ilə sabah Dubayda azad ticarət sazişi imzalanacaq. Nəticədə ölkələr arasında ərzaq, kənd təsərrüfatı, kosmetika, tibbi avadanlıq və dərmanlar daxil olmaqla məhsulların 96 faizi üzrə gömrük rüsumları aradan qaldırılacaq. Müqaviləyə həmçinin gömrük xidmətləri, dövlət satınalmaları qaydalarının asanlaşdırılmasıda daxildir. 

Qeyd edək ki, BƏƏ və İsrail 2020-ci ildə ABŞ-ın vasitəçiliyi ilə Bəhreyn və Mərakeşin də daxil olduğu İbrahim Razılaşmasının bir hissəsi olaraq rəsmi əlaqələr qurub. Ticarət razılaşması İsrailin BƏƏ arasında bir ilkidir.

M.Arif