Dünya 10:42 25.06.2022

İsrail səhrasında dünyanın ən qədim məscidlərdən biri tapıldı

İsrailli arxeoloqlar ölkənin cənubunda nadir qədim məscid aşkarlayıblar.
 
Qaynarinfo "The Guardian” saytına istinadla xəbər verir ki, bu barədə İsrail Qədim Əsərlər İdarəsi açıqlamasında bildirib.
 
1200 ildən çox yaşı olduğu güman edilən məscidin qalıqları Rahat şəhərində yeni məhəllə tikintisi üçün aparılan işlər zamanı aşkar edilib. Rəsmilər məscidin bölgənin xristianlıqdan İslama keçidinə işıq saldığını deyib. İsrail Qədim Əsərlər İdarəsinın məlumatına görə, Negev səhrasında yerləşən məscid kvadrat binadan və Məkkəyə baxan divardan ibarət olub. "Bu unikal memarlıq xüsusiyyətləri binanın məscid kimi istifadə edildiyini göstərir" deyən səlahiyyətlilər, məsciddə eyni vaxtda onlarla ibadətçinin yerləşdiyini qeyd ediblər.

Üç il əvvəl həmin əraziyə yaxın yerdə eramızın VII-VIII əsrlərinə aid başqa bir məscid aşkarlanıb. Bu iki İslam ibadət yeri indi bütün dünyadakı ən qədim məscidlərdən hesab olunur.

Nurlan Hüseynov