Milli Məclis İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcəsini III oxunuşda qəbul edib.
Qaynarinfo xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında müzakirə edilib.
Sənədə əsasən büdcənin ümumi göstəriciləri
1.1. İşsizlikdən Sığorta Fondunun 2026-cı il üzrə xərcləri 266 400 000,0 manat məbləğində təsdiq edilir. Bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılardır:
1.1.1. İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcəsinin gəlirləri 238 300 000,0 manat;
1.1.2. İşsizlikdən Sığorta Fondunun 2026-cı il yanvarın 1-nə yaradılmış ehtiyatından 2026-cı ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 28 100 000,0 manat.
Qanun layihəsi III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.
Qafqaz Rafiqoğlu
Şərhlər