İstirahət zonalarında ölüm riski: Nəzarətsiz kvadrosikllər kabusa çevrilir (VİDEO)
Son günlər istirahət məkanlarında və açıq ərazilərdə kvadrosikllərin nəzarətsiz şəkildə idarə olunması qəza risklərini ciddi şəkildə artırıb. Xüsusi zonalar ayrılmasına baxmayaraq, təhlükəsizlik qaydalarına əməl edilməməsi, hətta azyaşlıların belə bu nəqliyyat vasitəsini sürməsi vəziyyəti daha da təhlükəli edir. Yaş məhdudiyyətinə əməl olunmaması və təhlükəsizlik tələblərinin nəzərə alınmaması, təkcə qayda pozuntusu deyil, həm də insan həyatı üçün real təhdiddir.
Qaynarinfo Xəzər TV-yə istinadən xəbər verir ki, kvadrosikl idarə etmək üçün yaş tələbi isə 13-dür.
Ekspert Elməddin Muradlı bildirir ki, kvadrosiklləri bir çox hallarda azyaşlılar idarə edirlər və bu, həm təhlükə yaradır, həm də qanun pozuntusudur.
Qeyd edək ki, məsuliyyətsiz istifadə halları aşkarlanarsa, polis tərəfindən profilaktik tədbirlər görülür.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər