Dünya 15:14 30.06.2022

İsveç Ukraynaya əlavə tank əleyhinə silah və pulemyot göndərir

İsveç Ukraynaya tank əleyhinə daha çox silah və pulemyot göndərəcək.

Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə İsveçin Müdafiə Nazirliyi cümə axşamı məlumat yayıb.
 
Minatəmizləmə üçün avadanlıqların da daxil olduğu silah paketi təxminən 49 milyon dollar dəyərində qiymətləndirilir.

Nurlan Hüseynov