Dünya 17:54 09.06.2023

İsveç üzv olmamış NATO qoşunlarının öz ərazisində yerləşdirilməsinə icazə verdi

İsveç müdafiə alyansına rəsmi qoşulmazdan əvvəl NATO-ya öz ərazisində qoşun yerləşdirməyə icazə verəcək.

Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, bunu baş nazir Ulf Kristersson və müdafiə naziri Pal Yonsson bildirib.

Ötən il Rusiyanın Ukraynaya müdaxiləsindən sonra İsveç NATO-ya üzv olmaq üçün müraciət edib. Türkiyə və Macarıstanın etirazları hələlik buna əngəl olur və indi İsveç gələn ay Litvada keçiriləcək NATO sammitinə qoşulmağa ümid edir.

"Hökumət qərara gəlib ki, İsveç Silahlı Qüvvələri gələcək birgə əməliyyatları təmin etmək üçün NATO və NATO ölkələri ilə təlim keçirə bilər. Hazırlıq İsveç torpaqlarında xarici texnika və şəxsi heyətin müvəqqəti yerləşdirilməsindən ibarət ola bilər. Qərar Rusiyaya açıq siqnal verir və İsveçin müdafiəsini gücləndirir", - gündəlik Dagens Nyheter qəzetində dərc olunan məqalədə deyilir.

Qəzet bildirir ki, Rusiya yaxın gələcəkdə qonşu ölkələr üçün təhlükə olaraq qalacaq və onlar prezident Vladimir Putinin ərazi ambisiyalarının miqyasına əmin deyillər.

Nizami Bağırov