Siyasət 21:41 20.05.2022

İsveçdən son dəqiqə: AB-dən əvvəl PKK-nı terror təşkilatı siyahısına biz salmışıq

"Biz PKK-nı Avropa Birliyindən də əvvəl terror təşkilatı siyahısına salmışdıq, bu mövqeyimiz dəyişməyib"
 
Qaynarinfo haberglobal-a istinadla xəbər verir ki, bu haqda İsveçin xarici işlər naziri Ann Linde son dəqiqə açıqlamadasında deyib.
 
Linde Twitter hesabında etdiyi paylaşımda İsveçin "geniş yayılan dezinformasiyaya görə" PKK-nı terror təşkilatı kimi tanıyan ilk ölkə olduğunu xatırlatmaq istədiyini bildirib.

Qərarın Olof Palme hökuməti dövründə verildiyini xatırladan Linde 2002-ci ildə Avropa Birliyinin (AB) onlardan nümunə götürdüyünü xatırladıb.
"Bu mövqeyimiz dəyişməyib", - Linde deyib.