Dünya 20:28 13.02.2023

Kadırov Putinin əmri ilə "Kiyevi ala biləcəyini" dedi və "Zelenski" üçün silahını göstərdi

Çeçenistanın rəhbəri Ramzan Kadırov bildirib ki, Vladimir Putinin göstərişi olarsa, Rusiya qoşunları Kiyevə çata və onu ala bilərlər.

Qaynarinfo xəbər verir ki, bu barədə Kadırov "Rusiya 1” telekanalına müsahibəsində bildirib .

"Bizim Kiyevə çata və şəhəri götürə biləcək canlı qüvvəmiz var. Bu gün Ali Baş Komandanın əmri olarsa, o zaman Müdafiə Nazirliyinin bölmələri, Milli Qvardiyamız, polisimiz - fərqi yoxdur, bütün qüvvələrimiz buna hazırdır. Bundan sonra prezident nə qərar versə, elə olacaq”, deyə Kadırov bildirib.

Bundan əlavə, Kadırov "Telegram"da yazıb ki, hətta "Amerikanı almağa" hazırdır, amma yenə də Putin əmr etsə.

"Ali Baş Komandanın əmri olarsa, biz hətta Amerikaya getməyə də hazırıq, Moldovanı çox geridə qoyacağıq. Və istənilən belə əmr müzakirə olunmur, yerinə yetirilir. Bizdə bunu həyata keçirmək hər şey - lazımi qüvvələr, vasitələr və texnika var”, deyə Kadırov yazıb. 

O, həmçinin Ukrayna prezidenti Volodimir Zelenskinin Hitler kimi özünü vurması üçün əlində tutduğu iddia edilən "qənimət tapançasından” da danışıb. Kadırov onu hətta müsahibə zamanı aparıcı Olqa Skabeyevaya da göstərib. Kadırov bildirib ki, tapançanı həmişə hazır vəziyyətdə saxlayır. 

Çeçenistan rəhbəri həmçinin bildirib ki, Zelenski ilə "təkbətək” danışıqlara hazırdır və "o, psixoloqdur” deyə onu lazım olanı etməyə məcbur edəcək.

"Hesab edirəm ki, Zelenski terrorçudur, kəndçi satanistdir, o, faşistdir. Məncə, onunla danışıqlar aparmaq düzgün deyil. Amma məni onunla təkbətək danışıqlara göndərsələr belə danışıq aparmaq olar. Mən onu inandırardım. Mən tez lazım olan bütün sənədləri imzalayardım. Heç nə deməzdim və lazım olanı etməyə məcbur edərdim. Mən psixoloqam. İnsanları çox yaxşı başa düşürəm, idarə edə bilirəm”, deyə Kadırov əlavə edib. 

Çeçenistan rəhbəri, Ukraynada hərbi əməliyyatlar zamanı Rusiyanın işğal etdiyi ərazilərin tərk etməsini hərbi-taktiki gediş olduğunu bildirib. Kadırov əlavə edib ki, "Rusiyanın təhlükəsizliyini təmin etmək” üçün Rusiya qoşunları Xarkov və Odessanı nəzarətə götürməlidir.

"Biz əraziləri özümüz tərk etdik, bu, hərbi-taktiki bir addım idi, mən bundan tam məlumatlı idim. Bu gün bizim üçün zəruri olan hərbi siyasətimizi davam etdirmək üçün planlaşdırılıb", deyə Ramzan Kadırov bildirib. 

Onun fikrincə, Rusiya öz təhlükəsizliyi üçün Xarkov və Odessanı da nəzarətə götürməlidir: "Odessa alınmalı, Xarkov alınmalı, gələcəkdə dövlətimizin təhlükəsizliyi belə təmin etmək lazımdır”.

Ramzan Kadırov Qərb ölkələrinin Ukraynaya mümkün döyüş təyyarələri tədarükünü də şərh edib. Onun fikrincə, təyyarələr havaya qalxdıqdan dərhal sonra məhv ediləcək: "Qırıcı qalxacaq - dərhal salam aleykum və artıq yoxdur”.

Nizami Bağırov