Xəbər lenti

Keçmiş baş nazir yeni hökumət başçısını
Dünya 23:08 14.11.2023

Keçmiş baş nazir yeni hökumət başçısını "vicdansız yalançı" adlandırdı

Slovakiyanın keçmiş baş naziri, deputat İqor Matoviç parlamentdə üzərinə "Vicdansız yalançı” yazılan pankart nümayiş etdirərək yeni hökumət başçısı Robert Fikonu təhqir edib. 

Qaynarinfo bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

"Deputat Matoviç, sizdən bu cür hərəkətlərdən çəkinməyinizi xahiş edirəm. Bilirsiniz ki, parlament zalında belə pankartların olması qadağandır”, deyə Slovakiya Milli Şurasının spikeri Peter Pelleqrini reaksiya verib.

2020-2021-ci illərdə İqor Matoviç Slovakiyanın baş naziri olub. Ondan sonra hökumətə Eduard Heder və Lüdovit Odor başçılıq edib. 2023-cü ildə İstiqamət - Sosial Demokratiya Partiyasının seçkilərdə qələbəsindən sonra bu vəzifəni Robert Fiko tutub.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->