Ölkə 11:05 12.11.2023

Keçmiş icra başçısı vəfat etdi (FOTO)

Qubadlı rayon İcra Hakimiyyətinin keçmiş başçısı, Azərbaycan Tibb Universitetinin (ATU) Üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, məşhur cərrah Baxış Hüseynov vəfat edib.

Qaynarinfo xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələr vasitəsilə məlumat yayıblar. O, bu gün dünyasını dəyişib.

Qeyd edək ki, B.Hüseynov 1936-cı ildə Qubadlı rayonunun Eyvazlı kəndində anadan olub. 1953-1959-cü illərdə Bakıda Azərbaycan Dövlət Tibb İnistutunda (ATİ) təhsil alıb. 1962-ci ildən Moskva Tibb Stomotoloji İnstitutunun aspirantı olub, 1965-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək Bakıya dönüb. Bir müddət ATİ-nun Üz-çənə cərrahiyyəsi kafedrasında assisent, 1969-cu ildə dosent vəzifələrində çalışıb. 1986-1996-cı illərdə Respublika Klinik Xəstəxanasının Üz-çənə cərrahiyyəsi şöbəsinə rəhbərlik edib.

B.Hüseynov 1992-ci ildə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı işləyib.