Siyasət 14:10 19.06.2022

Kəlbəcərdə mövqelərimiz yenidən atəşə tutuldu

İyunun 19-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini snayper tüfəngi və atıcı silahlardan istifadə etməklə atəşə tutub.

Qaynarinfo-nun xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.